UEFA Konfrans Liqasının qol vuran ən yaşlı futbolçusu məlum olub
Futbol
- 24 oktyabr, 2025
- 06:43
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Fiorentina" komandasının hücumçusu, 39 yaşlı Edin Dzeko UEFA Konfrans Liqasının Liqa mərhələsində II turun Avstriyanın "Rapid" komandasına qarşı keçirilən matçında fərqləndikdən sonra turnirin qol vuran ən yaşlı oyunçusu olub.
"Report" xəbər verir ki, bu barədə "EuroFoot" məlumat yayıb.
Bosniyalı hücumçu tarixi qolu 48-ci dəqiqədə vurub. "Fiorentina" matçda 3-0 hesabı ilə qələbə qazanıb.
Dzeko İtaliya klubuna ötən yay qoşulub. Hücumçu bu müddət ərzində bütün yarışlarda 10 oyunda meydana çıxıb və iki qol vurub. O, karyerası ərzində "Mançester Siti", "Roma", "İnter", "Volfsburq" və digər klublarda oynayıb. 39 yaşlı oyunçunun klubla hazırkı əmək müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Son xəbərlər
13:08
Azərbaycanda oktyabrda hava iqlim normasından 3 dərəcə yuxarı olub
Digər
13:07
Bəqai: İran ABŞ ilə atəşkəsi iki gün ərzində razılaşdırmağa hazırdır
Region
13:07
UEFA Çempionlar Liqası: "Vikinq" - "Sabah" oyununu niderlandlı hakim idarə edəcək
Futbol
13:00
Lamin Yamal qol və assist göstəricilərinə görə liderdir
Futbol
12:58
"Alpin"in pilotu Franko Kolapinto 10 saniyəlik cəza alıb
Fərdi
12:56
SOCAR III rübün qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Energetika
12:48
Sabah Bakıda 23 dərəcə isti olacaq
Ekologiya
12:46
Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib
Xarici siyasət
12:43
Foto
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
Hadisə