UEFA Konfrans Liqası: "Tottenhem"in təxirə salınan oyunu keçirilməyəcək
Futbol
- 11 dekabr, 2021
- 10:12
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Konfrans Liqasının qrup mərhələsinin sonuncu - VI turundan təxirə salınan "Tottenhem" (İngiltərə) - "Renn" (Fransa) qarşılaşması keçirilməyəcək.
"Report" Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, London təmsilçisində 8 futbolçu və 5 məşqçi koronavirusa yoluxduğu üçün matçın 31 dekabradək oynanılması mümkün olmayacaq.
Görüşün taleyi ilə bağlı qərarı UEFA Nəzarət, Etika və İntizam Komissiyası verəcək.
"Tottenhem" öhdəliyi yerinə yetirmədiyi üçün komandaya texniki məğlubiyyətin veriləcəyi gözlənilir. Beləliklə, İngiltərə təmsilçisi G qrupunu 7 xalla üçüncü pillədə başa vuracaq və avrokuboklarla vidalaşacaq. Niderlandın "Vitess" klubu isə pley-offa yüksələcək.
Son xəbərlər
05:13
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Xarici siyasət
04:49
"Tasnim": İran Ordusu Qeşm adası üzərində Amerikanın PUA-sını vurub
Region
04:35
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Digər ölkələr
04:11
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Digər ölkələr
03:47
Pedro Alyana Paraqvayın Prezidenti olub
Digər ölkələr
03:25
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Digər ölkələr
03:04
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
Region
02:46
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
Digər ölkələr
02:14
Tramp ABŞ-İran danışıqlarının davam etdiyini bildirib
Digər ölkələr