UEFA Konfrans Liqası: "Sabah" -"Makkabi" matçına 3000 bilet satılıb
Futbol
- 29 iyul, 2024
- 15:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində baş tutacaq "Sabah" -"Makkabi" (İsrail, Hayfa) matçına 3000 bilet satılıb.
Bu barədə "Report"a Bakı klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov məlumat verib.
O, biletlərin sabahdan etibarən "Bank Respublika Arena"nın kassalarında da satışa çıxarılacağını, həmçinin oyundan öncə azarkeşlər üçün fan zonanın təşkil edilməsinin nəzərdə tutulduğunu bildirib.
Qeyd edək ki, "Sabah" və "Makkabi" arasında cavab matçı avqustun 1-də Masazırda, "Bank Respublika Arena"da keçiriləcək. Görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Macarıstanda baş tutan ilk oyunda Bakı klubu 3:0 hesablı qələbə qazanıb.
Son xəbərlər
11:08
Ombudsman: Qarabağın ekoloji sisteminə vurulmuş ağır ziyanla bağlı məslələr öz həllini gözləyir
Daxili siyasət
11:03
Lu Mey: "Çin Azərbaycana idxalda ən böyük tədarükçü olaraq mövqeyini qoruyur"
Xarici siyasət
11:02
Azərbaycan əməyin ödənişi xərclərini 16 % artırır
Maliyyə
11:02
Azərbaycan əcnəbilər üçün bir sıra dövlət rüsumları müəyyən edir
Maliyyə
11:01
Azərbaycanda xidməti pasport verilməsi və yaxud dəyişdirilməsi üçün dövlət rüsumu alınacaq
Maliyyə
11:01
Azərbaycanda bəzi hallarda sürücülük vəsiqəsi dövlət rüsumu alınmadan dəyişdiriləcək
Maliyyə
11:00
Nazirlər Kabinetinin saxlanılması xərcləri 33 %-dən çox artırılır
Maliyyə
11:00
Milli Məclisin saxlanılması xərcləri 39 % artırılır
Maliyyə
11:00
"İrşad"da Zəfər Gününə özəl "Şad Günlər" kampaniyası başlayır!
Biznes