UEFA Azərbaycan millisinin ən yaxşı futbolçusunu açıqlayıb
Futbol
- 23 iyun, 2022
- 07:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Millətlər Liqasının ilk 4 turunun oyunlarından sonra milli komandaların ən yaxşı futbolçularının adlarını açıqlayıb.
"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, Azərbaycan yığmasında Emin Mahmudov hamını qabaqlayıb. "Neftçi"də çıxış edən 30 yaşlı yarımmüdafiəçi 119 xalla ilk pillədə yer alıb.
Onu hərəyə 113 xalla "Qarabağ"dan qapıçı Şahruddin Məhəmmədəliyev və müdafiəçi Bəhlul Mustafazadə izləyir.
Qeyd edək ki, C Liqasında mübarizə aparan Azərbaycan milli komandası 3-cü qrupda keçirdiyi matçlarda Qazaxıstan və Slovakiyaya uduzub, Belarusla səfərdə heç-heçə edib, evdə isə bu komandaya qalib gəlib. Canni De Byazinin başçılıq etdiyi kollektiv hazırda 4 xalla 3-cü pillədə qərarlaşıb.
Son xəbərlər
22:34
Foto
SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb
Energetika
22:14
Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
Digər ölkələr
22:05
Azərbaycan Basketbol Liqası: "Sabah" "Ordu"nu məğlub edib
Komanda
22:04
Foto
Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib
Xarici siyasət
21:55
"Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib
Futbol
21:43
Tahir Tağızadə: Azərbaycan Avropa ilə Asiya arasında birləşdirici mərkəz rolunu gücləndirir
Xarici siyasət
21:38
Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Digər ölkələr
21:26
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Digər ölkələr
21:16
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Xarici siyasət