Türkiyədə Qazaxıstan və Ermənistan komandaları arasındakı oyun zamanı kütləvi toqquşma baş verib - VİDEO

Futbol
  • 13 fevral, 2017
  • 10:18
Türkiyədə Qazaxıstan və Ermənistan komandaları arasındakı oyun zamanı kütləvi toqquşma baş verib - VİDEO

Bakı. 13 fevral. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində Qazaxıstanın "Kaysar" və Ermənistanın "Banants" futbol komandaları arasındakı yoxlama matçında kütləvi toqquşma baş verib. 

"Report"un vesti.kz-yə istinadən verdiyi məlumata görə, hadisəyə erməni futbolçunun "Kaysar"ın kapitanı Maksat Baycanovu təxribata çəkməsi səbəb olub.

Münaqaşəyə onların komanda yoldaşları da qoşulub. Davanın yekununda toqquşmanın səbəbkarları meydandan qovulub.

Qeyd edək ki, görüş "Kaysar"ın qələbəsi ilə yekunlaşıb - 2:0. 

44 filmi