“Sumqayıt” Avropa Klublar Birliyinə üzv seçilib
Futbol
- 18 iyul, 2023
- 15:15
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Sumqayıt” Avropa Klublar Birliyinə (ECA) üzv seçilib.
“Gənclik şəhəri” təmsilçisindən “Report”a verilən məlumata görə, bu barədə ECA-dan müraciət daxil olub.
Bildirilib ki, klub Birliyin 2023-2027-ci il tsikli üçün Assosiativ üzvlüyünə qəbul olunub. Həmçinin, “Sumqayıt” qurumun sentyabrda baş tutacaq Baş Assambleyasına dəvət olunacaq.
Azərbaycan klublarından “Neftçi”, “Qarabağ” və “Qəbələ” də hazırda qurumun üzvləridir.
Qeyd edək ki, 2008-ci ildə fəaliyyətə başlayan ECA UEFA və FIFA tərəfindən tanınan yeganə klublar birliyi platformasıdır. Hazırda birliyin 330 üzvü var ki, həmin klublar UEFA-nın 55 futbol assosiasiyasının təmsilçiləridir.
Son xəbərlər
17:00
Azərbaycanın gimnastları dünya çempionatında qızıl medal qazanıblar
Fərdi
16:58
Köhnə əmlak sənədləri əsasında qeydiyyat çıxarışları üçün dövlət rüsumu ləğv edilə bilər
Biznes
16:56
Foto
Böyük Britaniyanın Esseks Universitetində Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Elm və təhsil
16:50
Foto
Video
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər
Digər
16:49
Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib
Hadisə
16:47
Azərbaycan Çindən əncir idxalını bərpa edib
Biznes
16:42
"İmişli" Afrikadan dəvət etdiyi futbolçulardan 4-ü ilə müqavilə bağlayıb
Futbol
16:37
Foto
AFFA nümayəndələri Praqada UEFA-nın illik konfransında iştirak ediblər
Futbol
16:23
Merts və Tramp Ukraynadakı müharibənin tezliklə başa çatdırılmasını müzakirə ediblər
Digər ölkələr