Slovakiya və Azərbaycan millilərinin Bakıda mətbuat konfranslarının vaxtı bəlli olub
Futbol
- 12 oktyabr, 2024
- 10:32
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Millətlər Liqasının qrup mərhələsindəki Azərbaycan - Slovakiya oyunundan əvvəl təşkil ediləcək açıq məşqlər və mətbuat konfranslarının vaxtı müəyyənləşib.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 13-də ilk olaraq saat 16:15-də Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş jurnalistlərin suallarını cavablandıracaq.
Yığmamızın açıq məşqi saat 17:00-da olacaq.
Saat 18:45-də qonaq komandanın açıq məşqi, 19:30-da isə mətbuat konfransı gerçəkləşəcək.
Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan - Slovakiya görüşü saat 20:00-da start götürəcək.
Son xəbərlər
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur