"Sivasspor"un yarımmüdafiəçisi "Qarabağ"la oyunu buraxacaq
Futbol
- 19 oktyabr, 2020
- 07:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupundakı rəqiblərindən olan Türkiyə "Sivasspor"u itki ilə üzləşib.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın yarımmüdafiəçisi Erdoğan Yeşilyurt Superliqanın V turunun "Kayserispor"la səfər oyununda (3:1) zədələnib.
Topuğundan xəsarət alan 27 yaşlı futbolçunun 3 həftədən sonra sıraya dönəcəyi bildirilib. Bu isə o deməkdir ki, təcrübəli oyunçu Avropa Liqasının III turunda noyabrın 5-də evdə "Qarabağ"la keçiriləcək görüşü buraxacaq.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə 21:55-də başlayacaq.
Son xəbərlər
20:06
"Xocavənd" komandası "Zəfər naminə" futbol turnirinin qalibi olub
Futbol
20:02
İran HDQ: Son sutka ərzində Hürmüzdə marşrut qaydalarını pozan 5 tanker yanıb - Yenilənib
Digər ölkələr
19:49
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib
Futbol
19:39
DGK qeyri-iş günlərində malların rəsmiləşdirilməsini təmin edəcək
Biznes
19:33
Zelenski və Koşta Ukraynanın Avropaya inteqrasiyasının sürətləndirilməsini müzakirə ediblər
Digər ölkələr
19:28
Fransanın kommunist deputatları Melanşonun prezidentliyə namizədliyini dəstəkləyiblər
Digər ölkələr
19:25
Sabah Ağdaşın bəzi ərazilərində qaz olmayacaq
Energetika
19:23
"DH Volley" komandası CEV Çelenc Kubokunda 1/16 finala yüksəlib
Komanda
19:15
Almaniya Ukraynanın bərpasına daha 100 milyon avro ayırmaq niyyətindədir
Digər ölkələr