"Sevilya"nın yeni baş məşqçisi bəlli olub
Futbol
- 06 oktyabr, 2022
- 08:33
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Sevilya" klubunun yeni baş məşqçisi bəlli olub.
"Report" xəbər verir ki, bu barədə italiyalı insayder Fabritsio Romano özünün sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, komanda argentinalı Xorxe Sampaoliyə tapşırılıb. 62 yaşlı mütəxəssis ilə iki illik müqavilə imzalanacaq. O, bu postda Xulen Lopetegini əvəzləyib.
Qeyd edək ki, Xorxe Sampaoli daha əvvəl də bu komandaya başçılıq edib. "Sevilya" 2016/2017 mövsümündə onun rəhbərliyi ilə La Liqada 4-cü yeri tutaraq Çempionlar Liqasına vəsiqə qazanıb.
Argentinalı mütəxəssis son olaraq Fransada "Marsel"in baş məşqçisi olub.
Son xəbərlər
20:10
"Euronews": Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu dünyaya münaqişələrdən kənar baxmağa imkan yaradıb
Xarici siyasət
20:09
Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər
Region
20:04
Foto
Tbilisidə Zəfər Gününə həsr olunmuş "Koordinat 44" tamaşasının premyerası keçirilib
Region
19:57
"Tağıyev: Məktəb" filmi VI "Korkut Ata" Türk Dünyası Film Festivalında nümayiş edilib
İncəsənət
19:56
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
Futbol
19:46
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Daxili siyasət
19:38
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Digər ölkələr
19:37
Foto
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - Yenilənib-2
Daxili siyasət
19:32
Mustafa Türker Arı: Azərbaycanla Türkiyə arasında birlik və həmrəylik daim qorunmalıdır
Xarici siyasət