Səudiyyə Ərəbistanında keçiriləcək dünya çempionatında spirtli içkilərin içilməsinə qadağa qoyulacaq
Futbol
- 12 fevral, 2025
- 16:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2034-cü ildə Səudiyyə Ərəbistanında keçiriləcək futbol üzrə dünya çempionatında stadionlarda spirtli içkilərin içilməsi qadağan ediləcək.
"Report" "LBC"-yə istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Böyük Britaniyadakı səfiri Xalid bin Bəndər Əl Səud bildirib.
Səfirin sözlərinə görə, spirtli içki mundialın məcburi elementi deyil və onsuz da yaxşı vaxt keçirmək mümkündür. O, həmçinin ölkəyə gələcək qonaqlara görə öz mədəniyyətlərini dəyişmək istəmədiklərini söyləyib.
Qeyd edək ki, ötən ilin dekabrında baş tutan FIFA-nın Növbədənkənar Konqresində Səudiyyə Ərəbistanının 2034-cü il dünya çempionatına ev sahibliyi edəcəyi təsdiqlənib.
Son xəbərlər
20:43
Foto
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Xarici siyasət
20:42
ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson respublikaçıların lideri vəzifəsindən gedəcək
Digər ölkələr
20:36
XİN: AK-ın hesabatındakı qeyri-dəqiqliklər anti-Gürcüstan narrativlərini gücləndirir
Region
20:30
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
Digər ölkələr
20:09
Foto
Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının rəsmi açılışı olub
Xarici siyasət
20:00
Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi etməklə dünyada idman mərkəzi kimi tanınır
Xarici siyasət
19:58
Kəmaləddin Heydərov: Yanğın və xilasetmə idmanı kimi yarışlar ölkələr arasında əməkdaşlığı möhkəmləndirir
Xarici siyasət
19:55
Foto
Şəhid İsmayıl Kərimliyə həsr olunmuş "İsmayıl məqamı" filminin təqdimatı keçirilib
Mədəniyyət siyasəti
19:49
Ziyafət Əsgərov: Azərbaycan və Əlcəzair beynəlxalq arenada uğurla əməkdaşlıq edir
Xarici siyasət