Səudiyyə Ərəbistanı klubu portuqaliyalı futbolçunun müqaviləsinin müddətini uzadıb
Futbol
- 04 fevral, 2026
- 19:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandası portuqaliyalı yarımmüdafiəçi Ruben Neveş ilə yeni müqavilə imzalayıb.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı futbolçunun sözləşməsi 2029-cu ilin iyununa qədər nəzərdə tutulub.
Qeyd edək ki, Neveş 2023-cü ildə İngiltərənin "Vulverhempton" kollektivindən "Əl-Hilal"a transfer olunub və klubla 2023/2024 mövsümündə Səudiyyə Ərəbistanı çempionluğunu, Kral Kubokunu və iki ölkə Superkubokunu qazanıb.
Bu mövsüm Neveş "Əl-Hilal"ın heyətində bütün turnirlərdə 24 oyunda iştirak edib və 9 qol vurub.
Son xəbərlər
20:27
Türkiyədə narkotik vasitələrin dövriyyəsinə qarşı əməliyyatlarda 17 nəfər həbs edilib
Region
20:25
Dronlar Omskdakı "Ozon" logistika mərkəzinə hücum edib
Region
20:14
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala vəsiqə qazanıb
Fərdi
20:09
İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir - Yenilənib
Futbol
19:48
Foto
FIFA U-15 dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - Yenilənib
Futbol
19:40
İordaniyada kilsədə törədilən terror aktı qurbanlarının sayı artıb - Yenilənib
Digər ölkələr
19:34
Foto
İnfantino: Bakıda keçirilən FIFA U-15 dünya çempionatı və festivalı dünyanı birləşdirir
Futbol
19:31
Zelenski Ukraynada "Starlink"in işinin bərpa olunduğunu bildirib
Digər ölkələr
19:29
Foto
Samir Şərifov: Azərbaycan FIFA U-15 dünya çempionatı və festivalına ev sahibliyi etməkdən qürur duyur
Futbol