"Səbail" klubu AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək

Futbol
  • 14 mart, 2025
  • 14:10
Səbail klubu AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək

"Səbail" klubu AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti verəcək.

Bu barədə "Report"a paytaxt təmsilçisinin Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

"Dənizçilər" futbolçu Suleyman Alluşun 4 oyunluq cəzalanması barədə qərarla razı deyil.

Qeyd edək ki, Suleyman Alluş "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXVI turunun matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etmişdi. Bu səbəbdən ona 4 oyunluq cəza verilib, "Səbail" 3000 manat cərimələnib.

44 filmi