"Səbail"in keçmiş futbolçusu Çempionlar Liqasının püşkünü atıb
Futbol
- 26 avqust, 2021
- 16:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Səbail" klubunun keçmiş futbolçusu Maykl Essyen UEFA Çempionlar Liqasında 2021/2022 mövsümünün püşkatma mərasimində iştirak edib.
"Report"un məlumatına görə, artıq karyerasını başa vurmuş sabiq müdafiəçi qrup mərhələsi iştirakçılarının adlarını səbətlərdən çıxarıb. Essyen bu işi İngiltərənin "Çelsi" klubundakı keçmiş komanda yoldaşı Branislav İvanoviçlə birgə yerinə yetirib. Hər iki oyunçu 2011/2012 mövsümündə Çempionlar Liqasının qalibi olub.
Essyen 2019-cu ilin martından 2020-ci ilin iyununadək müqavilə üzrə "Səbail"ə məxsus olub. O, paytaxt təmsilçisini tərk etdikdən sonra karyerasını bitirib.
Qeyd edək ki, "zadəganlar" 2020/2021 mövsümündə də Çempionlar Liqasını qazanıb.
Son xəbərlər
22:34
Foto
SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb
Energetika
22:14
Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
Digər ölkələr
22:05
Azərbaycan Basketbol Liqası: "Sabah" "Ordu"nu məğlub edib
Komanda
22:04
Foto
Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib
Xarici siyasət
21:55
"Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib
Futbol
21:43
Tahir Tağızadə: Azərbaycan Avropa ilə Asiya arasında birləşdirici mərkəz rolunu gücləndirir
Xarici siyasət
21:38
Finlandiyada yanğın toxumluq kartof ehtiyatlarının beşdə birini məhv edib
Digər ölkələr
21:26
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Digər ölkələr
21:16
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Xarici siyasət