"Səbail" Azərbaycan çempionatlarında 100-cü səfər qolunu vurub
Futbol
- 03 fevral, 2025
- 06:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Səbail" Azərbaycan çempionatlarında 100-cü səfər qoluna imza atıb.
"Report" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXI turunun “Turan Tovuz”la oyununda (1:1) reallaşıb.
Yubiley qolunu Madi Queta vurub.
100-cü qol rəqib meydanlarındakı 113-cü matça təsadüf edib. “Səbail” Azərbaycan çempionatları tarixində səfərdəki qol sayı üç rəqəmlə ifadə olunan 19-cu komanda olub.
Qeyd edək ki, “Səbail” ilk səfər qolunu 2017-ci il avqustun 13-də “Zirə” ilə matçda (1:2) vurub. Həmin topun müəllifi Vüqar Nadirov olub.
Son xəbərlər
06:45
"İnter Mayami" MLS-də "Nyu-York Red Bulls"a məğlub olub
Futbol
06:07
Tramp: "Audi" ABŞ avtomobil zavodunun tikintisinə 4,2 milyard dollar investisiya yatıracaq
Digər ölkələr
06:03
İran ABŞ gəmilərinin Fars körfəzinə girməsinə icazə verməyəcəyini bildirib
Region
05:38
Yaponiya sahillərində güclü zəlzələ olub
Digər ölkələr
05:09
ABŞ-nin müttəfiqləri "Starlink" peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
İKT
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region
03:12
Albaniyada etirazçılar şəhər meriyasının binasını yandırıblar
Digər ölkələr