"Sabah" klubunun Yusif İmanova görə apellyasiya müraciəti təmin olunmayıb
Futbol
- 11 mart, 2026
- 16:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
AFFA Apellyasiya Arbitraj Tribunalı "Sabah" klubunun şikayətini təmin etməyib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi sabiq qapıçısı Yusif İmanovla bağlı qərardan narazı qalsa da, müsbət cavab almayıb.
Oyunçuların Statusu və Transferi Komitəsinin "Yusif İmanov – Sabah Futbol Klubu" işi ilə əlaqədar ötən il dekabrın 3-də 8604 saylı qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, ötən ilin sonunda Oyunçuların Statusu və Transferi Komitəsi "Sabah"ın Y.İmanova 10 000 manat ödəməsi ilə bağlı qərar çıxarıb. Qapıçı hazırda "Kəpəz" klubunda çıxış edir.
Son xəbərlər
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (23.10.2026)
Maliyyə
09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (23.10.2026)
Maliyyə
09:01
EHF Avropa Kuboku: "Kür" komandası Mingəçevirdə Bosniya və Herseqovina klubu ilə qarşılaşacaq
Komanda
08:54
"Reuters": BƏƏ sahillərində tankerdən neft sızması baş verib
Digər ölkələr
08:40
"Politico": Avropada bu yay istilər səbəbindən azı 50 min nəfər ölüb
Digər ölkələr
08:19
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:08
Çində zəlzələ nəticəsində xəsarət alanların sayı 65 nəfərə çatıb - Yenilənib
Digər ölkələr
07:43
İlon Mask Corc Sorosu geridə qoyub
Digər ölkələr
07:26
"Rosatom": Macarıstanda "Pakş-2" AES layihəsinin dayandırılması ehtimalı var
Digər ölkələr