Ronaldu karyerasının ən ağır anını açıqladı
Futbol
- 22 iyul, 2021
- 17:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldu karyerasındakı ən ağır anı xatırlayıb.
"Report"un məlumatına görə, portuqaliyalı hücumçu "Goal" nəşrinə açıqlamasında ölkəsinin "Sportinq" klubuna keçidini və bu məqsədlə Lissabona gedişini vurğulayıb.
36 yaşlı forvard bildirib ki, həmin vaxt ailəsi ilə vidalaşmaq çox çətin olub: "Onların gözündə gün eynəkləri olsa da, yanaqlarından süzülən yaşları görürdüm. Gözlərimin qarşısında bu görüntü ilə təyyarəyə minməyə getdim. Bu, karyeramın ən çətin anı oldu. Mən də ağladım. Çünki ailəm Madeyrada qaldı".
Qeyd edək ki, Kriştianu Ronaldu karyerası ərzində "Sportinq"dən əlavə, İngilətərənin "Mançester Yunayted" və İspaniyanın "Real Madrid" klublarında da çıxış edib.
Son xəbərlər
19:38
Almaniyada təyyarə avtomagistrala çırpılıb, 2 nəfər ölüb
Digər ölkələr
19:37
Foto
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - Yenilənib-2
Daxili siyasət
19:32
Mustafa Türker Arı: Azərbaycanla Türkiyə arasında birlik və həmrəylik daim qorunmalıdır
Xarici siyasət
19:31
Foto
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Xarici siyasət
19:27
Fransa Polşadakı Jeşuv hava limanının hava hücumundan müdafiəsini öz üzərinə götürəcək
Digər ölkələr
19:26
Faiq Quliyev: Azərbaycanın zəfəri bütün Türk dünyasının qələbəsidir
Region
19:26
Video
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb
Daxili siyasət
19:13
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
Xarici siyasət
19:12
Slovakiya ukraynalı uşaqların qaytarılması üzrə Beynəlxalq Koalisiyanın 53-cü üzvü olub
Digər ölkələr