"Real" Toni Kroosa klubda vəzifə vermək istəyir
Futbol
- 12 aprel, 2026
- 12:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyalı sabiq futbolçu Toni Kroosun İspaniyanın "Real" klubuna qayıtması istiqamətində işlər aparılır.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi keçmiş yarımmüdafiəçinin idman strukturunda vəzifə almasını istəyir.
Rəhbərlik Kroosun kluba töhfə verəcəyinə, vəzifədən asılı olmayaraq, inkişafa ciddi təsir göstərəcəyinə inanır.
"Real"ın prezidenti Florentino Peres də sabiq oyunçunun qayıtması ideyasını dəstəkləyir.
Xatırladaq ki, 2014-2024-cü illər aralığında paytaxt təmsilçisində çıxış edən Toni Kroos beş dəfə UEFA Çempionlar Liqasının, dörd dəfə İspaniya La Liqasının qalibi olub.
Son xəbərlər
19:50
Mustafa Çiftçi: PKK terror təşkilatı ilə heç bir sövdələşmə aparılmayıb
Region
19:39
Foto
Video
"Qərbi Azərbaycanın yaddaş yerləri": 1918-ci ilin yayında Ağudi kəndində 75-i uşaq olmaqla, 325 nəfər öldürülüb
Daxili siyasət
19:33
Türkiyənin ilk üzən hasilat platforması Qara dənizə yola salınıb
Region
19:24
İran ordusu: Oman dənizində zədələnmiş neft tankerlərinin sayı artır
Region
19:11
Misir Səudiyyə Ərəbistanını müdafiə etməyə hazırdır
Digər ölkələr
19:10
Moskva hava limanlarında 100-dən çox reys gecikib
Region
19:08
İraq regional enerji və nəqliyyat şəbəkələrinin birləşdirilməsini təklif edib
Digər ölkələr
18:55
Yəmən sahillərində tankerə yaxınlaşan qayığa xəbərdarlıq atəşi açılıb
Digər ölkələr
18:39
Foto
Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub
Fərdi