Qazaxıstan klubu tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb
Futbol
- 27 avqust, 2025
- 00:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstanın "Kayrat" klubu tarixində ilk dəfə UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.
"Report" xəbər verir ki, Almatı təmsilçisi pley-off mərhələsində "Seltik"i (Şotlandiya) üstələməklə bu uğura imza atıb.
Qlazqoda keçirilən ilk görüşdə qolsuz heç-heçə qeydə alınıb. Cavab matçının əsas və əlavə vaxtında da hesab açılmadığından qalibi müəyyən etmək üçün penaltilar seriyasına ehtiyac duyulub.
Burada daha dəqiq oynayan "Kayrat" (3:2) qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə yüksəlib.
Qeyd edək ki, daha əvvəl Qazaxıstan klublarından turnirin pley-offunu keçmək "Astana"ya (2015/2016) müyəssər olmuşdu.
Son xəbərlər
12:23
Mingəçevir su anbarında qəfəs tipli təsərrüfatlar formalaşdırılır
ASK
12:22
Gələn ilin büdcəsi xarici qiymət şoklarından sığortalanma prinsipi əsasında hazırlanıb
Energetika
12:22
Azərbaycana kökəltmə məqsədi ilə gətirilən heyvanlar vergidən azad olunacaq
Biznes
12:20
Foto
Naxçıvan Dövlət Filarmoniyasının kollektivi İğdırda konsert proqramı ilə çıxış edib
Mədəniyyət siyasəti
12:19
Formula 1 və Formula 2 yarışları ilə əlaqədar vergi güzəştlərinin müddəti uzadılır
Biznes
12:17
Vətəndaşlardan nağdsız alınan mənzillərin təkrar satışına ƏDV ticarət əlavəsindən hesablanacaq
Biznes
12:17
Foto
Azərbaycan və Ukrayna energetika nazirləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər
Xarici siyasət
12:16
Ülvi Mehdiyev: "ASAN xidmət" uzun illərdir, Azərbaycanın intellektual brendinə çevrilib
Xarici siyasət
12:16
Sahib Ələkbərov: "Qlobal mənfi proseslərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı artıb"
Maliyyə