Qazaxıstan millisinin Azərbaycanla oyunda debüt etmiş futbolçusu karyerasını bitirib - VİDEO

Futbol
  • 17 aprel, 2018
  • 06:08
Qazaxıstan millisinin Azərbaycanla oyunda debüt etmiş futbolçusu karyerasını bitirib - VİDEO

Bakı. 17 aprel. REPORT.AZ/ Qazaxıstan milli komandasının sabiq yarımmüdafiəçisi Vitali Yevstiqneyev futbolçu karyerasını 32 yaşında başa vurub.

"Report"un məlumatına görə, bununla bağlı Yevstiqneyevin doğma klubu "Taraz" tərəfindən təntənəli yolasalma mərasimi təşkil olunub. Təcrübəli oyunçuya I Liqada "Kayrat A" komandası ilə görüşdən əvvəl 8 nömrəli forma təqdim olunub.

Qeyd edək ki, Vitali Yevstiqneyev Qazaxıstan millisində 3 oyun keçirib. O, 2012-ci il Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Bakıda Azərbaycan yığmasına qarşı keçirdikləri görüşdə gözəl qolla yadda qalıb. 6 sentyabr 2011-ci ildə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunmuş qarşılaşmada debüt edən Yevstiqneyev 77-ci dəqiqədə meydana çıxan kimi topa ilk toxunuşundaca uzaqdan zərbə ilə fərqlənib. Lakin bu, təsəlli qolu olub və görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2. Azərbaycan və Qazaxıstan milliləri iyunun 5-də "Astana Arena"da yoldaşlıq görüşü keçirəcəklər.   

44 filmi