"Qarabağ" fransalı futbolçunun transferini elan edib
Futbol
- 02 fevral, 2026
- 19:05
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ" heyətinə yeni futbolçu qatıb.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kiprin AEK (Larnaka) klubu ilə bir müddətdir davam edən danışıqlar uğurla yekunlaşıb və Ağdam təmsilçisi fransalı futbolçu Jeremi Qnalini sıralarına cəlb edib.
Sol cinah müdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. Fransanın "Mets" klubunun yetirməsi olan arxa xətt oyunçusu "Qarabağ"da 24 nömrəli forma ilə çıxış edəcək.
23 yaşlı oyunçu karyerası ərzində "Mets B", İspaniyanın "Tarazona" və "Melilya" komandalarında da çıxış edib.
Qeyd edək ki, AEK klubuna 2024-cü ilin avqustunda transfer olunan Jeremi Qnali Kipr təmsilçisinin heyətində keçirdiyi 60 oyunda 7 assistlə yadda qalıb
Son xəbərlər
18:01
Foto
Leyla Əliyeva Türkmənistanda səfərdədir
Xarici siyasət
17:59
Lavrov: Pezeşkianın bu ayın sonu Moskvaya səfəri gözlənilir
Region
17:58
Foto
Azərbaycana gətirilmiş ukraynalı uşaqlar müxtəlif ekskursiyalara cəlb edilib
Xarici siyasət
17:56
Foto
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq müzakirə olunub
Hərbi
17:56
Məcnun Məmmədov İmişlidə vətəndaşları qəbul edəcək
ASK
17:53
ARDNF özəl səhm fondlarına investisiyaları 16 % artırıb
Maliyyə
17:52
Səhiyyə sistemində idarəetmənin təkmilləşdirilməsi: Yeni mərhələnin strateji hədəfləri
Sağlamlıq
17:50
ARDNF infrastruktur fondlarına investisiyaları 2 dəfədən çox artırıb
Maliyyə
17:49
Azərbaycanın kollektor agentliyinin istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə