“Qarabağ” Qurban Qurbanovun rəhbərliyi altında 250-ci qələbəsini qazanıb
Futbol
- 02 oktyabr, 2018
- 07:35
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 2 oktyabr. REPORT.AZ/ “Qarabağ” futbol komandası baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında 250-ci qələbəsini qazanıb.
“Report” Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yubiley Azərbaycan Premyer Liqasının VI turunun “Sabah”la 2:0 hesabı ilə bitən səfər matçına təsadüf edib.
Bu, 2008-ci ildən “Qarabağ”ın “sükanı arxası”nda olan Qurbanovun 451-ci matçında baş verib. Ağdam təmsilçisi bu görüşlərin 55 faizindən qalib kimi ayrılıb.
46 yaşlı mütəxəssisin “Qarabağ”ın baş məşqçisi kimi qazandığı qələbələrdən 187-si Premyer Liqa (320 matç) qarşılaşmalarına, 34-ü avrokuboklara (85 matç), 29-u Azərbaycan Kubokuna (46 matç) təsadüf edib.
Son xəbərlər
01:30
UEFA Çempionlar Liqası: "Vikinq" - "Sabah" oyununda üçüncü qol vurulub - Yenilənir-5
Futbol
01:16
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
Digər ölkələr
01:05
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Digər ölkələr
00:53
"Benfika" FIBA Avropa Kubokunda "LANDAU Lions"a qalib gəlib
Komanda
00:35
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Digər ölkələr
00:09
Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır
Digər ölkələr
23:52
Ukrayna Brüsseldə tərəfdaşları ilə müharibədən sonrakı bərpa planını müzakirə edib
Digər ölkələr
23:31
Naxçıvanda ilk dəfə torakoskopik üsulla ağciyər rezeksiyası əməliyyatı həyata keçirilib
Sağlamlıq
23:20
Tramp respublikaçıların seçkilərdə məğlubiyyətində İranla müharibənin rolunu etiraf edib
Digər ölkələr