“Qarabağ” Kolumbiya millisinin futbolçusu ilə maraqlanır
Futbol
- 28 iyun, 2023
- 09:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qarabağ” Kolumbiya millisinin futbolçusu Alfredo Morelosu transfer etmək istəyir.
“Report”un “Sun” nəşrinə istinadən məlumatına görə, Azərbaycan çempionu hücum xəttini 27 yaşlı forvardla gücləndirmək niyyətindədir.
Morelosun hazırda azad agent statusu daşıması ağdamlıların seçiminə təsir edir. Oyunçu beş ildir formasını geyindiyi Şotlandiya klubu “Reyncers”lə müqavilə müddəti başa çatdığı üçün oradan ayrılıb.
Maraqlıdır ki, hələ iki il əvvəl Fransanın “Lill” klubu 16 milyon funt sterlinq təklif etsə də, “Reyncers” onu satmağa razılıq verməmişdi. Ancaq Qlazqo təmsilçisi bu yay hücumçusu ilə yeni sözləşmə imzalamaqdan imtina edib.
Qeyd edək ki, Alfredo Morelos 2018-ci ildən Kolumbiya millisinə dəvət edilir.
Son xəbərlər
13:25
Ceyhun Bayramov: Azərbaycanda Hindistandan 500 tələbə təhsil alır
Xarici siyasət
13:25
Bir sıra qanunların "Aqrar sahə haqqında" qanun layihəsinə uyğunlaşdırılması I oxunuşda qəbul olunub
ASK
13:24
Deputat: "Aqrar bölgələr üçün kommunal tarifləri azaldılmalıdır"
Energetika
13:23
Hindistan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat xətti layihələrinə maraq göstərir
Xarici siyasət
13:20
"Aqrar sahə haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub
ASK
13:18
Nazir: Cari ilin 9 ayı ərzində Azərbaycanın Hindistanla ticarət dövriyyəsi 600 milyon dollar olub
Xarici siyasət
13:18
Kaysa Ollonqren: Aİ Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək niyyətindədir
Xarici siyasət
13:17
"Şəfa"nın baş məşqçisi Vasif Haqverdiyev 5 oyunluq cəzalanıb
Futbol
13:16
Zahid Oruc: "Ucqar kəndlərdə yeni emal müəssisələri vergilərdən azad edilməlidir"
ASK