"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında "Dinamo" ilə qarşılaşacaq

Futbol
  • 28 oktyabr, 2026
  • 09:39
Qarabağın U-19 komandası UEFA Gənclər Liqasında Dinamo ilə qarşılaşacaq

"Qarabağ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında bu gün mübarizəyə start verəcək.

"Report"un məlumatına görə, Rəşad Sadiqovun baş məşqçisi olduğu kolllektiv Xorvatiya təmsilçisi "Dinamo"nun müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

II təsnifat mərhələsinin ilk oyunu "Azərsun Arena"da, saat 15:30-da başlayacaq.

Cütün qalibi növbəti mərhələdə "Benfika" (Portuqaliya) – "Pafos" (Kipr) duelinin güclüsü ilə qarşılaşacaq.