"Qarabağ"ın transfer etmək istədiyi futbolçunun qiyməti müəyyənləşib

Futbol
  • 25 iyun, 2018
  • 12:59
Qarabağın transfer etmək istədiyi futbolçunun qiyməti müəyyənləşib

Bakı. 25 iyun. REPORT.AZ/ "Qarabağ" klubunun Fransa "Lans"ından heyətinə cəlb etmək istədiyi Abdulla Zubirin transfer qiyməti müəyyənləşib.

"Report"un "La Voix des Sports"a istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi 27 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün 1 milyon avro ödəyəcək. Artıq Mərakeş əsilli oyunçu Azərbaycan təmsilçisinin Avstriyadakı təlim-məşq düşərgəsindədir. 

Qeyd edək ki, Abdulla Zubir "Lans"dan öncə Fransanın "Qrenobl" və "İstr" klublarında da çıxış edib. O həmçinin Şotlandiyanın "Hibernian" və Rumıniyanın "Petrolul" komandalarının şərəfini qoruyub.