"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib
Futbol
- 29 avqust, 2022
- 18:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u cari mövsümdə ilk dəfə xal itirib.
"Report" xəbər verir ki, Pirey təmsilçisi Superliqada II turun bağlanış matçı olan "Asteras"la Tripoli şəhərində keçirilən matçda meydan sahiblərinin müqavimətini qıra bilməyib.
Görüş qolsuz heç-heçə ilə başa çatıb – 0:0.
İlk turda öz meydanında "Yannina"ya 2:0 hesabı ilə qalib gəlmiş "Olimpiakos" hazırda 4 xalla 3-cüdür. Turnir cədvəlinə 6 xalla Afina klubları – "Panatinaikos" və PAOK başçılıq edir.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"a qarşı ilk matçını oktyabrın 6-da səfərdə, növbəti görüşünü isə bundan bir həftə sonra Bakıda keçirəcək.
"Qarabağ"ın rəqibi Superliqada ilk dəfə xal itirib
Son xəbərlər
21:26
ABŞ-də "Halloween" bayramında uşaqlara narkotik maddəli konfetlər paylanılıb
Digər ölkələr
21:16
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Xarici siyasət
21:12
Zelenski NB8 ölkələrinin liderləri ilə Əbu-Dabidəki üçtərəfli görüşə hazırlığı müzakirə edib
Digər ölkələr
20:59
Foto
Fərid Qayıbov Şuşada vətəndaşları qəbul edib
Daxili siyasət
20:49
"Reuters": Suriya husilərin hücumları fonunda Səudiyyə Ərəbistanına hərbi məsləhətçilər göndərib
Digər ölkələr
20:46
Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım"
Futbol
20:37
Budanov Əbu-Dabidə Rusiya ilə danışıqlarda Ukrayna nümayəndə heyətinə rəhbərlik edəcək
Digər ölkələr
20:27
Video
Baku TV "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb
Daxili siyasət
20:24
Viktor Osimhen zədə səbəbindən bir müddət "Qalatasaray"a kömək edə bilməyəcək
Futbol