"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibinin oyunu təxirə salınıb
Futbol
- 08 sentyabr, 2017
- 17:50
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 sentyabr. REPORT.AZ/ İtaliya A Seriyasında III turun "Sampdoriya" - "Roma" matçı təxirə salınıb.
"Report"un "Roma"nın rəsmi saytına istinadən verdiyi məlumata görə, buna təbii fəlakət təhlükəsi səbəb olub.
Oyun sentyabrın 9-da Genuya şəhərindəki "Luici Ferraris" stadionunda keçirilməli idi. Lakin sabah şəhərdə çox güclü yağış gözlənilir. Əlverişsiz hava şəraiti ilə əlaqədar qarşılaşmanın başqa vaxt oynanılması qərara alınıb. Görüşün yeni tarixi hələ bilinmir.
"Roma" Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda yer alıb. İki komanda sentyabrın 27-də Bakıda, dekabrın 5-də isə İtaliya paytaxtında üz-üzə gələcək.
Son xəbərlər
01:38
Binəqədi və Qaradağ rayonlarının bir hissəsində qaz olmayacaq
Energetika
01:21
Aleksandar Vuçiç növbədənkənar parlament seçkilərində məğlub olduqlarını açıqlayıb
Digər ölkələr
01:14
Tramp yaxın aylarda Kanada ilə ticarət sazişinin bağlanmasını mümkün hesab edib
Digər ölkələr
00:51
Yunanıstan "Patriot" kompleksinin Səudiyyə Ərəbistanında yerləşdirilmə müddətini uzadacaq
Digər ölkələr
00:36
Yasamal rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika
00:11
Foto
Serbiyada növbədənkənar parlament seçkiləri başa çatıb - Yenilənib-2
Digər ölkələr
23:57
Nigeriyada kəndə silahlı hücum edilib, 40 nəfər həlak olub
Digər ölkələr
23:32
Serbiyada Vuçiçin anasına hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib
Digər ölkələr
23:22
Tramp Alyaskada qaz hasilatı üzrə Rusiya ilə saziş bağlanmasını gözləyir
Digər ölkələr