"Qarabağ" - "Fiorentina" qarşılaşmasına 5 min bilet satılıb
Futbol
- 05 dekabr, 2016
- 16:10
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 dekabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsinin VI turunda Bakıda "Qarabağ" və İtaliya "Fiorentina"sı arasında keçiriləcək oyuna 5 000 bilet satılıb.
Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, dekabrın 8-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma üçün 31 min bilet satışa çıxarılıb. Biletləri oyunun keçiriləcəyi stadionun kassalarından əldə etmək mümkündür.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 1 manat, 2 manat, 5 manat, 10 manat və 20 manatdır. VİP sektorlar üçün biletlərin qiyməti 50 manatdır.
Xatırladaq ki, "Qarabağ" - "Fiorentina" matçı saat 20:00-da başlayacaq.
Son xəbərlər
23:52
Bessent: Avropa Rusiyaya Ukraynaya ayırdığından daha çox pul ödəyib
Digər ölkələr
23:38
Fransada etiraz aksiyaları zamanı təxminən 2 400 nəfər saxlanılıb - Yenilənib-2
Digər ölkələr
23:23
Almaniya siyasətçisi təsadüfən deputat mandatından imtina edib
Digər ölkələr
22:58
İran 2027-ci ildə yerli qırıcı təyyarəsini sınaqdan keçirmək niyyətindədir
Region
22:43
ABŞ Avropanı "Starlink"ə qarşı məhdudiyyətlərə görə sarsıdıcı cavabla hədələyib
Digər ölkələr
22:18
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
Digər ölkələr
21:54
Video
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Daxili siyasət
21:49
Marko Rubio Özbəkistana səfərə gedib
Region
21:40
Sorğu: Trampın reytinqi rekord həddə enib
Digər ölkələr