"Qarabağ" - "Ayntraxt" oyununda VAR sistemi işləyib
Futbol
- 22 yanvar, 2026
- 12:26
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qarabağ" və Almaniyanın "Ayntraxt" (Frankfurt) komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununda Video köməkçi hakim (VAR) sistemi işləyib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq "köhlən atlar"ın Kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev bildirib.
Onun sözlərinə görə, sadəcə, qarşılaşmanın əvvəlində baş hakimlə VAR otağı arasında rabitə problemi yaranıb:
"Bu isə tezliklə həll edilib və matç başlayıb. Oyunda VAR sistemi olub".
Qeyd edək ki, "Qarabağ" "Aytraxt"ı 3:2 hesabı ilə məğlub edib. Matçın baş hakimi isveçrəli Sandro Şerer olub.
FIFA referisinin şübhəli epizodlar zamanı VAR-a müraciət etməməsi sistemin işləməməsi barədə şübhələr yaradıb.
Son xəbərlər
18:39
Foto
Binə Atçılıq Mərkəzində cıdır mövsümünə yekun vurulub
Fərdi
18:21
El-Ninyo Kaliforniya sahillərinə tropik balıqları, köpəkbalıqlarını və dəniz ilanlarını gətirib
Digər ölkələr
18:17
Anthropic: Süni intellekt ABŞ iqtisadiyyatını 2030-cu ilədək 44 trilyon dollara çatdıra bilər
Digər ölkələr
17:56
Azərbaycanda 9 ayda 2300 kiloqrama yaxın qızıl istehsal edilib
Sənaye
17:53
Premyer Liqa: "Sabah" səfərdə "Qəbələ"yə qalib gəlib
Futbol
17:45
Ötən gün itkin düşmüş 8 nəfər tapılıb
Hadisə
17:43
Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Biznes
17:31
Azərbaycanda 9 ayda avtomobil nəqliyyatı ilə 1,8 milyarda yaxın sərnişin daşınıb
İnfrastruktur
17:29
Zelenski: Avropa ölkələri "Starlink"ə alternativlər hazırlayırlar
Digər ölkələr