PSJ "Ayaks"ın vingeri Mika Qodtsla danışıqlara başlayıb
Futbol
- 01 avqust, 2026
- 11:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın PSJ klubu Niderland təmsilçisi "Ayaks"ın vingeri Mika Qodtsun transferi ilə bağlı danışıqlara başlayıb.
"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 21 yaşlı belçikalı futbolçunun transferi Liqa 1-in digər təmsilçisi "Monako"nun vingeri Manes Akliuşun Paris təmsilçisinə ehtimal olunan keçidindən sonra reallaşa bilər.
M.Qodts ötən mövsüm "Ayaks"ın heyətində bütün turnirlərdə 44 matçda meydana çıxıb, 17 qol vurub və 15 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, oyunçunun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.
Son xəbərlər
03:23
KXDR yeni süni intellektə əsaslanan torpedasını sınaqdan keçirib
Digər ölkələr
02:54
Hindistanda süni intellekt agentləri bir neçə şirkətin sistemlərinə haker hücumu ediblər
İKT
02:38
NYT: Ağ Evin mətbuat katibi beş günlük işdən sonra vəzifəsindən çıxarılıb
Digər ölkələr
02:18
AK 2027-ci ildə Ukrayna üçün əlavə maliyyələşdirmə təklifləri hazırlayacaq
Digər ölkələr
02:10
Tramp Ağ Evin mətbuat katibinin işdən çıxarılmasını təsdiqləyib
Digər ölkələr
01:50
Türkiyədə qanunsuz mərc oyunlarına qarşı əməliyyat zamanı 20 nəfər həbs olunub
Region
01:28
Foto
"Azərişıq" ASC-nin ümumrespublika yarışının qalibi müəyyənləşib
Energetika
00:56
Foto
Video
"Qərbi Azərbaycanın yaddaş yerləri": Soydaşlarımızın yaşadığı "Amasiya" necə erməniləşdirildi?
Daxili siyasət
00:46
Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib
Region