Premyer Liqa: "Turan Tovuz" mövsümü qələbə ilə başa vurub
Futbol
- 26 may, 2024
- 14:51
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu – XXXVI turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Kəpəz"i qəbul edib.
Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0. 74-cü dəqiqədə Otto Con fərqlənib.
Xallarının sayını 48-ə çatdıran Tovuz klubu mövsümü 6-cı pillədə başa vurub. 35 xala malik Gəncə təmsilçisi isə hələlik 8-ci sıradadır.
Qeyd edək ki, günün ikinci görüşündə "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək. XXXVI turun ilk oyunlarında "Sabah" "Neftçi"ni, "Sumqayıt" "Qəbələ"ni, "Zirə" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.
Son xəbərlər
09:13
Azərbaycan millisi FIFA U-15 dünya çempionatı və festivalında bu gün sonuncu matçına çıxacaq
Futbol
09:06
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.10.2026)
Maliyyə
09:01
Azərbaycanın daha dörd sərbəst güləşçisi dünya çempionatında mübarizəyə başlayır
Fərdi
08:56
Dünya birjalarında qiymətli metalların qiymətləri enir
Maliyyə
08:42
Çin gələn il təkrar istifadə edilə bilən kosmik aparatı sınaqdan keçirəcək
Digər ölkələr
08:12
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:09
ABŞ-də helikopterlər toqquşub, ölənlər var
Digər ölkələr
07:44
Argentinada Bolsonarunun Braziliyadan getməsi ilə bağlı araşdırmaya başlanıb
Digər ölkələr
07:09
Xocavənd sakini: Nəhayət Qarabağa qayıdırıq
Daxili siyasət