Premyer Liqa: "Sumqayıt" avtoqol sayəsində "Səbail"ə qalib gəlib
Futbol
- 23 dekabr, 2023
- 16:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.
“Report”un məlumatına görə, günün ikinci görüşü Sumqayıtda baş tutub.
Şəhərin eyniadlı komandası “Səbail”i qəbul edib.
Qarşılaşmanın taleyini avtoqol həll edib. "Səbail"in oyunçusu Adi Mehremiçin 70-ci dəqiqədə öz qapılarından keçirdiyi top "Sumqayıt"a 1:0 hesablı qələbə qazandırıb. Bu qalibiyyət sayəsində xallarının sayını 27-yə çatdıran Samir Abasovun yetirmələri 3-cü pilləyə yüksəliblər. Hesabında 26 xal olan Şahin Diniyevin kollektivi isə 4-cü yerə düşüb.
Qeyd edək ki, tura dekabrın 24-də keçiriləcək "Turan Tovuz" - "Araz-Naxçıvan" (81-ci dəqiqədən), “Neftçi” – “Kəpəz” və “Zirə” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.
Son xəbərlər
09:47
Nikol Paşinyan Brüsselə yollanıb
Region
09:37
Foto
Ramin Məmmədov Şərurda məscidləri ziyarət edib
Din
09:25
"Xilasedici" komandası CEV Çempionlar Liqasında mübarizəyə başlayır
Komanda
09:23
Nepalda iki helikopter toqquşub, ölən və yaralanan var
Digər ölkələr
09:08
CEV Çempionlar Liqası: "Turan" III təsnifat mərhələsində ilk oyununa çıxacaq
Komanda
09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.11.2026)
Maliyyə
09:00
UEFA Çempionlar Liqası: IV tura 9 oyunla start veriləcək
Futbol
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (03.11.2026)
Maliyyə
08:41
Foto
Video
Floridada təyyarə qəzasında milyonçu və ailəsi həlak olub - Yenilənib-2
Digər ölkələr