"Turan Tovuz" avrokuboka vəsiqəni təmin edib, "Karvan-Yevlax"ın Premyer Liqadan düşəcəyi dəqiqləşib
Futbol
- 10 may, 2026
- 18:58
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasının XXXI turunda "Turan Tovuz " "Karvan-Yevlax"ı məğlub edib.
"Report" xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan maç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolu 45+1-ci dəqiqədə Ayxan Hüseynov vurub.
59 xalla üçüncü sırada yer alan "Turan Tovuz" avrokuboklara vəsiqəni təmin edib. Sona 2 tur qalmış qərb təmsilçisinin ikincilik şansları davam edir. 14 xala malik "Karvan-Yevlax"ın isə Premyer Liqanı tərk edəcəyi dəqiqləşib.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Qəbələ" -"Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" - "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.
Son xəbərlər
21:11
Bakıda insidentlə bağlı saxlanılan Orxan Əli-zadə barəsində həbs qətimkan tədbiri seçilib - Yenilənib
Hadisə
20:56
Fransada fəallar "Milli Birlik" liderinin çıxışını pozmağa cəhd ediblər
Digər ölkələr
20:38
Tramp ABŞ, Rusiya və Ukrayna danışıqlarının tezliklə keçiriləcəyini açıqlayıb
Digər ölkələr
20:20
Foto
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti matçını keçirib
Futbol
20:00
Azərbaycan Premyer Liqası: "Sabah" "Qarabağ"la heç-heçə edib
Futbol
19:47
Səudiyyə Ərəbistanında husilərin atdığı raket zərərsizləşdirilib, iki nəfər yaralanıb
Digər ölkələr
19:33
Foto
Azərbaycan millisi Düşənbədə keçirilən cüdo üzrə turniri beş medalla başa vurub
Fərdi
19:31
Bəqai: ABŞ birtərəfli tələblərindən əl çəkmir
Region
19:27
Foto
U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kubokunun ilk qalibləri müəyyənləşib
Fərdi