Premyer Liqa: "Kəpəz" doğma meydanda "Zirə" ilə heç-heçə edib

Futbol
  • 18 oktyabr, 2026
  • 20:26
Premyer Liqa: Kəpəz doğma meydanda Zirə ilə heç-heçə edib

Misli Premyer Liqasının VIII turunun bağlanış oyununda "Kəpəz" "Zirə" ilə qarşılaşıb.

"Report" xəbər verir ki, Gəncə stadionunda baş tutan matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı ev sahiblərindən 57-ci dəqiqədə Blessinq Olabiran açıb. Qonaqlar məğlubiyyətdən final fitinə 1 dəqiqə qalmış xilas ola biliblər - 89-cu dəqiqədə David Volkov başla dəqiq oynayıb.

"Zirə" 12 xalla altıncı sıradadır. "Kəpəz" isə 11 xalla yeddinci pillədə qərarlaşıb.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" "Araz-Naxçıvan"ı (2:1), "Sabah" "Qəbələ"ni (4:0), "İmişli" "Turan Tovuz"u (1:0) məğlub edib. "Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 3:3.