Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub edib

Futbol
  • 18 oktyabr, 2026
  • 16:58
Premyer Liqa: İmişli Turan Tovuzu məğlub edib

Misli Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ilk matçında "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gəlib.

Yevlax şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0.

25-ci dəqiqədə Dioqo Rollo fərqlənib. Qələbə sayəsində xallarının sayını 7-yə çatdıran "İmişli" doqquzuncu pillədə qərarlaşıb. Tovuz təmsilçisi 14 xalla dördüncü sıradadır.

Günün və turun sonuncu matçında "Kəpəz" "Zirə"ni qəbul edəcək.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" "Araz-Naxçıvan"ı (2:1), "Sabah" - "Qəbələ"ni (4:0) məğlub edib. "Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 3:3.