Polis Ronaldunun mencerinin ofisində axtarış apardı
Futbol
- 05 mart, 2020
- 08:22
Jorje Mendeş
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Portuqaliya polisi İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldunun meneceri Jorje Mendeşin ofisində axtarış aparıb.
"Report" "NBC Sports"a istinadən xəbər verir ki, Mendeş vergidən yayınmaqda şübhəli bilinir. Hüquq-mühafizə orqanları Portuqaliyanın "Portu", "Benfika" və "Sportinq" klublarının da ofislərində axtarış həyata keçirib. Ümumilikdə 76 axtarış aparılıb, prosesdə 180-dən çox polis əməkdaşı və 101 vergi müfəttişi iştirak edib.
Polis axtarış zamanı 2015-ci ildən həyata keçirilən pul köçürmələri və digər əməliyyatları əhatə edən sənədləri götürüb. Polis sənədləri həm kağız, həm də elektron formada müsadirə edib.
Axtarışların digər təfərrüatları açıqlanmayıb.
Son xəbərlər
09:35
Bakıda yeraltı dayancaqdan çıxan avtomobil 71 yaşlı qadını vuraraq öldürüb
Hadisə
09:30
Azərbaycan UEFA reytinqində 24-cü pillədəki mövqeyini qoruyub
Futbol
09:26
Foto
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
Energetika
09:23
Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb
Hadisə
09:13
Azərbaycan Premyer Liqasında XI tura start verilir
Futbol
09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (06.11.2026)
Maliyyə
08:55
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (06.11.2026)
Maliyyə
08:52
Video
Türkiyədə keçirilən əməliyyatlarda 12 nəfər saxlanılıb
Region
08:30
ABŞ-də bir gündə üç nəfər edam edilib
Digər ölkələr