"Palmeyras" İngiltərə klubunun vingerini heyətinə qatıb
Futbol
- 08 fevral, 2026
- 14:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Braziliyanın "Palmeyras" klubu İngiltərə təmsilçisi "Vulverhempton"un vingeri Con Ariası heyətinə qatıb.
"Report" "ge.globo" portalına istinadən xəbər verir ki, 28 yaşlı kolumbiyalı futbolçu Braziliya klubu ilə 2029-cu ilin sonuna qədər müqavilə imzalayıb.
Transferin məbləği 25 milyon avro təşkil edir. "Palmeyras" bu məbləği dörd il ərzində hissə-hissə ödəyəcək.
Qeyd edək ki, Kolumbiya millisinin üzvü ötən ilin yayında "Fluminense"dən "Vulverhempton"a 17 milyon avroya keçmişdi. O, İngiltərə Premyer Liqasının sonuncu pilləsində qərarlaşan komandanın heyətində 26 matça çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Son xəbərlər
14:32
Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon tona yaxın yük daşınıb
İnfrastruktur
14:20
Biləsuvarda minik avtomobili aşıb, ölənlər və xəsarət alanlar var
Hadisə
14:19
Rusiyanın Xersona endirdiyi zərbələr nəticəsində 1 nəfər ölüb, 21 nəfər yaralanıb
Digər ölkələr
14:18
Rauf Əliyev: "Neftçi" ilə oyunda "Qarabağ"ın qələbə şansı daha çoxdur"
Futbol
14:17
Bakıda İndoneziya mətbəxi və mədəniyyəti festivalı keçirilib
Xarici siyasət
14:09
Axtarışda olduğuna görə ümumilikdə 51 nəfər saxlanılıb
Hadisə
13:49
Azərbaycanın 9 ayda metanol istehsalının həcmi açıqlanıb
Energetika
13:44
Yəmənin hökumət qüvvələri Təizdə husilərin səkkiz saatlıq hücumlarını dəf ediblər
Digər ölkələr
13:39
Foto
Füzulidə uşaqlar üçün rəsm üzrə ustad dərsləri və rəsm sərgisi keçirilib
Mədəniyyət siyasəti