Niderlandlı mütəxəssis "Ayaks"a qayıtmaqdan imtina edib
Futbol
- 12 noyabr, 2025
- 16:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Niderlandlı baş məşqçi Erik ten Haq "Ayaks"a qayıtmaqdan imtina edib.
"Report" xəbər verir ki, bu barədə "De Telegraaf" nəşri məlumat yayıb.
55 yaşlı mütəxəssis Amsterdam təmsilçisinin təklifini geri çevirib. Bundan əlavə, klubun sabiq idman direktoru Mark Overmars da komandaya qayıtmaq istəməyib.
Erik ten Haq 2017-2022-ci illər aralığında "Ayaks"da işləyib. Komanda onun rəhbərliyi altında üç dəfə ölkə çempionatında qızıl medallara sahib çıxıb. Niderland nəhəngi noyabrın 6-da baş məşqçisi Con Heytinq ilə vidalaşıb.
Qeyd edək ki, "Qarabağ" "Ayaks"la UEFA Çempionlar Liqasının VI turunda üz-üzə gələcək. Qarşılaşma dekabrın 10-da Bakıda keçiriləcək.
Son xəbərlər
21:26
"Barselona" Xulian Alvareslə danışıqlara görə cərimələnib
Futbol
21:24
Rusiya Britaniyanın müdafiə şirkətlərinin rəhbərlərinə sanksiyalar tətbiq edib
Digər ölkələr
21:20
Putin və Pezeşkian İran ətrafındakı vəziyyəti müzakirə ediblər
Region
21:06
Agentlik "WhatsApp" hesablarının ələ keçirilməsi ilə bağlı istifadəçilərə xəbərdarlıq edib
İKT
21:02
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Region
20:59
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
ASK
20:49
Azərbaycan Kubokunda "Zirə" "Səbail"ə penaltilər seriyasında qalib gəlib
Futbol
20:42
Tramp "süni intellekt" terminini qadağan etmək istəyir
Digər ölkələr
20:42
Ramiz Mehdiyev 14 il azadlıqdan məhrum edilib, cəzasını şərti çəkəcək
Hadisə