"Neftçi" klubu tərəfdaşlıq müqaviləsi imzalayıb
Futbol
- 20 sentyabr, 2018
- 13:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 sentyabr. REPORT.AZ/ “Neftçi” klubu “Mineral Sular” MMC ilə 1 illik müqavilə imzalayıb.
“Report” klubun saytına istinadən xəbər verir ki, sözləşməyə əsasən, “Mineral Sular” MMC bu müddət ərzində "Neftçi” klubunun bütün su təminatını öz üzərinə götürüb.
Razılaşmanın şərtlərinə görə, “Neftçi” və "Neftçi-2” komandalarının oyun formalarının qoluna şirkətin “Vita1000 Mineral Sular” brendinin loqosu vurulmaqla yanaşı, qarşı tərəfə digər reklam xidmətləri də göstəriləcək.
Qeyd edək ki, “Neftçi” klubunun əsas tərəfdaşları SOCAR və Türk Hava Yolları şirkətləridir. Yeni sponsorlar axtarışını davam etdirən klub yaxın zamanda daha bir şirkətlə tərəfdaşlıq müqaviləsi imzalayacaq.
Son xəbərlər
18:49
İran yeni silahlar sınaqdan keçirib
Region
18:34
İraqda təxminən 1,2 milyon ədəd odlu silah müsadirə edilib
Digər ölkələr
18:18
İran ordusu ABŞ-nin hərbi hazırlıqlarını izləyir
Region
17:59
Əraqçi: İran şərtləri qəbul edilənə qədər ABŞ ilə birbaşa danışıqlar planlaşdırmır
Digər ölkələr
17:52
Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili bürünc medal qazanıb - Yenilənib-2
Fərdi
17:50
Ötən gün itkin düşən 10 nəfər tapılıb
Hadisə
17:43
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Daxili siyasət
17:22
Azərbaycan ayaqqabı istehsalını 58 %-dən çox artırıb
Sənaye
17:13
İrlandiyada miqrantların qaldığı mərkəzə hücum edilib, ölən və yaralanan var
Digər ölkələr