Mixael Ballakın oğlu qəzada vəfat edib
Futbol
- 05 avqust, 2021
- 13:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniya millisinin, "Bavariya"nın və İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Mixael Ballakın oğlu Emilio dünyasını dəyişib.
"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, o, 18 yaşında motosiklet qəzasında vəfat edib.
Hadisənin təfərrüatları hələlik açıqlanmayıb. Qəza Portuqaliyanın paytaxtı Lissabonun cənubunda Ballakın evinin yaxınlığında baş verib.
Qeyd edək ki, Mixael Ballak 1999 - 2010-cu illərdə Almaniya millisində çıxış edib. O, 2002-ci ildəki dünya çempionatında gümüş, 2006-cı ildəki mundialda isə bürünc medal qazanıb. 45 yaşlı keçmiş yarımmüdafiəçi 2008-ci ildəki Avropa çempionatında gümüş mükafatçı olub.
Son xəbərlər
01:59
UEFA Avropa Liqası: "Milan" öz meydanında uduzub, "Yuventus" səfərdə qələbə qazanıb
Futbol
01:57
UEFA Konfrans Liqası: "Trabzonspor" öz meydanında məğlub olub
Futbol
01:51
Rusiya XİN: Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilə bilər
Region
01:18
İsxak Hersoq İsrailin baş naziri postuna namizədin adını açıqlayacaq
Digər ölkələr
01:08
Məkkə sazişinə dair qanun layihəsi TBMM-də təsdiqlənib
Region
00:52
Serbiya RSK parlament seçkilərinin nəticələrini təsdiqləyib
Digər ölkələr
00:10
Zelenski: Ukrayna ABŞ-nin vəd etdiyi 16 milyard dollarlıq yardımı almayıb
Digər ölkələr
00:04
ABŞ Kubaya qarşı sanksiyaları genişləndirib
Digər ölkələr
00:00
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
Fərdi