Kolumbiya millisinin sabiq futbolçusu məhkum edilib
Futbol
- 20 fevral, 2019
- 15:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 fevral. REPORT.AZ/ Kolumbiya milli komandasının sabiq futbolçusu Dieqo Osorio beş il müddətinə ev dustaqlığı alıb.
"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, buna səbəb 48 yaşlı sabiq müdafiəçinin kokain daşınmasında iştirak etməsidir.
Məhkum həmçinin 44 min dollar cərimə ödəyəcək. Osorio 2016-cı ildə Boqotı hava limanında saxlanılıb. Onun üzərindən 1 kq kokain aşkarlanıb. Veteran futbolçu əvvəllər də narkotiklərlə bağlı cinayətlərdə iştirak edib. O, 2002-ci ildə ABŞ-ın Mayami şəhərində kokain saxladığı və daşıdığı üçün tutulub.
Qeyd edək ki, Dieqo Osorio karyerası ərzində yalnız ölkəsinin klublarında çıxış edib. O, 17 dəfə Kolumbiya yığmasının da formasını geyinib.
Son xəbərlər
00:00
Zəngilanın azad edilməsindən 6 il ötür
Daxili siyasət
23:58
Tramp Putin və Si Cinpinlə nüvə tərksilahını müzakirə etməyə hazırdır
Digər ölkələr
23:43
Pakistanlı general sabah Tehrana səfər edəcək
Region
23:34
Foto
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Xarici siyasət
23:20
Türkiyədə yol qəzası nəticəsində 15 nəfər xəsarət alıb
Region
23:10
Rubio: ABŞ Özbəkistanın tərəqqisindən və əməkdaşlıq imkanlarından təsirlənib
Digər ölkələr
23:00
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə müxtəlif islahatlar planlaşdırılır - Rəy
Milli Məclis
22:59
Foto
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Xarici siyasət
22:56
Tramp müşaviri barəsində nüfuz alveri şübhəsi ilə araşdırma başladıb
Digər ölkələr