"Milan" "Yuventus"u darmadağın etdi
Futbol
- 09 may, 2021
- 20:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliya A Seriyasında XXXV turun son görüşü "Yuventus" və "Milan" komandaları arasında keçirilib.
"Report"un məlumatına görə, Turindəki "Alyants - Yuventus" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0.
Hesabı 45+1-ci dəqiqədə Braim Dias açıb. 58-ci dəqiqədə "Milan"ın futbolçusu Frank Kessi penaltini dəqiq yerinə yetirə bilməyib. 66-cı dəqiqədə isə Zlatan İbrahimoviç zədələnərək, əvəzlənməli olub. Onun yerinə meydana çıxan Ante Rebiç 78-ci dəqiqədə fərqi artırıb. Son nöqtəni isə 82-ci dəqiqədə Fikayo Tomori qoyub.
Bununla da xalını 72-yə çatdıran "Milan" 3-cü pillədə qərarlaşıb. "Yuventus" isə sona 3 tur qalmış 69 xalla 5-ci pillədədir.
Son xəbərlər
17:57
Prezident: Ermənilər 30 il torpaqları viran qoymuşdu, biz isə cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq
Daxili siyasət
17:56
Foto
Yanğınsöndürmə və xilasetmə idmanı üzrə dünya çempionatında yarışların qalibləri müəyyənləşib
İdman
17:55
İlham Əliyev: Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi
Daxili siyasət
17:49
Foto
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər - Yenilənib
Daxili siyasət
17:47
Foto
Dini ibadət yerlərində iməcilik aksiyası keçirilib
Din
17:46
Foto
"Azər-Türk Bank"ın filialına Şəhid əməkdaşın adı verildi
Maliyyə
17:42
Bernardu Silva Portuqaliya millisinin yeni kapitanı olacaq
Futbol
17:40
Dunkan Norman: London Naxçıvanla əməkdaşlığı dərinləşdirməyi hədəfləyir
Xarici siyasət
17:34
Foto
Fərid Əhmədov Samuxda vətəndaşları qəbul edib
Daxili siyasət