Məhəmməd Salah növbəti dünya çempionatında da iştirak etmək istədiyini söyləyib
- 26 iyun, 2018
- 05:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 26 iyun. REPORT.AZ/ Misir milli komandasının ulduz futbolçusu Məhəmməd Salah 2022-ci ildəki dünya çempionatında da iştirak etmək istədiyini söyləyib.
"Report"un "The İndependent" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi DÇ-2018-də göstərdikləri uğursuz çıxışa görə azarkeşlərdən üzr istəyib: "Qrup mərhələsinin 3 oyununda da bizi dəstəkləyən azarkeşlərdən üzr istəyirik. Bilirəm ki, bu nəticə indi onlara da, bizə də ağırdır. Onu da qeyd etmək istəyirəm ki, Misir yığması 28 ildən sonra ilk dəfə dünya çempionatında iştirak edib. Bəzi oyunçular milli komandada lazımi təcrübəyə malik deyil. Hamınız çox sağ olun. Biz 2022-ci ildə yenidən qayıdacağıq."
Qeyd edək ki, Misir yığması qrup mərhələsinin hər üç oyununda məğlub olaraq mundialı xalsız başa vurub.