Məhəmməd Salah "Liverpul"un tarixinə düşüb
Futbol
- 27 aprel, 2019
- 05:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Liverpul" klubunun ulduz futbolçusu Məhəmməd Salah Premyer Liqanın XXXVI turunda "Haddersfild"la matçda İngiltərə təmsilçisinin tarixinə düşüb.
"Report" xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi həmin görüşdə iki qol vurmaqla yeni rekorda imza atıb. Misirli oyunçu "mersisaydlılar"ın heyətində 100-cü matçında 69-cu qolunu vurub. Bu isə klub tarixində ən yaxşı nəticədir.
Daha əvvəl Rodjer Hant (1959-1969) və Sem Reybould (1900-1907) ilk 100 oyunda 68 qolla yadda qalıb.
Qeyd edək ki, "Haddersfild"la qarşılaşma "Liverpul"un 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Salah həmçinin Premyer Liqada 21 qolla bombardirlər siyahısına başçılıq edir.
Son xəbərlər
21:44
ABŞ Maliyyə Nazirliyi NIS şirkətinin fəaliyyət lisenziyasının müddətini uzadıb
Digər ölkələr
21:33
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
Digər ölkələr
21:14
Aİ və Kanada "Gələcəyin Alyansı"nı yaratmaq barədə razılığa gəlib
Digər ölkələr
21:06
Uşakov: Ukrayna üzrə üçtərəfli görüşün tarixləri həftənin sonunadək açıqlana bilər
Digər ölkələr
20:59
Azərbaycan cüdoçusu İslam Rəhimov İtaliyada Avropa çempionu olub
Fərdi
20:59
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib - Yenilənib
İnfrastruktur
20:55
Azərbaycan Basketbol Liqası: V turda "Ordu" "Naxçıvanı" məğlub edib
Komanda
20:49
"Gem No. 2" tankerindən neft sızması dayandırılıb
Energetika
20:28
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
Futbol