"Mançester Yunayted"in hücumçusu Coşua Zirkze "Napoli"yə keçməyə razılıq verib
Futbol
- 12 oktyabr, 2026
- 13:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Coşua Zirkze İtaliyanın "Napoli" komandasına keçməyə razılıq verib.
"Report" "Football365" nəşrinə istinadən xəbər verir ki, transferin yanvarda baş tutacağı gözlənilir.
Niderlandlı hücumçu ilə "Napoli"dən başqa, İtaliya A Seriyasının digər təmsilçisi "Yuventus" da maraqlanır.
Qeyd edək ki, C.Zirkze 2024-cü ilin yayında İtaliyanın "Bolonya" klubundan "Mançester Yunayted"ə təxminən 36,5 milyon funt-sterlinqə (43 milyon avro) transfer olunub. Forvard cari mövsümdə Mançester təmsilçisinin heyətində 5 oyunda meydanda olub və məhsuldar göstərici ilə yadda qalmayıb.
"Transfermarkt" portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.
Son xəbərlər
10:31
Foto
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının futbolçularına dəstək aksiyası keçirilib
Komanda
10:21
Ər-Riyada yönələn ballistik raket vurulub
Digər ölkələr
10:16
Azərbaycan güləşçiləri bu gün dünya çempionatında mübarizə aparacaq
Komanda
10:14
Foto
Azərbaycanın veteran cüdoçuları daha bir medal qazanıblar
Komanda
10:09
Foto
Bakıda "Turandot" tamaşasının premyerası baş tutub
Mədəniyyət siyasəti
10:07
Foto
Anastasiya Lavrina Çində qlobal idarəetmə məsələlərində Azərbaycanın mövqeyini təqdim edib
Xarici siyasət
10:02
Salyanda evə düşən ildırım yanğına səbəb olub
Hadisə
09:52
Bolqarıstanda prezident seçkiləri başlayıb
Digər ölkələr
09:33
FIFA U-15: Azərbaycan millisi bu gün növbəti oyunlarını keçirəcək
Komanda