"Mançester Yunayted" Almaniya millisinin futbolçusu Feliks Nmeça ilə maraqlanır
Futbol
- 08 sentyabr, 2026
- 16:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Mançester Yunayted" klubu Almaniya millisinin futbolçusu Feliks Nmeça ilə maraqlanır.
"Report" "Daily Express"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Borussiya"da (Dortmund) çıxış edən 25 yaşlı yarımmüdafiəçini qışda heyətinə qatmağı planlaşdırır.
Oyunçu transfer dönəmində komandanın əsas hədəfi olacaq. "Mançester Yunayted" Dortmund klubunun rəhbərliyi ilə əlaqə də saxlayıb.
"Mançester Siti" və "Nyukasl" da Nmeça ilə maraqlanır. "Borussiya" futbolçunun keçidindən təxminən 100 milyon avro qazanmaq niyyətindədir.
Xatırladaq ki, Feliks Nmeça 2023-cü ildən Dortmund komandasında çıxış edir.
Son xəbərlər
07:26
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Ər-Riyad üzərində PUA-nı vurub
Digər ölkələr
06:45
"İnter Mayami" MLS-də "Nyu-York Red Bulls"a məğlub olub
Futbol
06:07
Tramp: "Audi" ABŞ avtomobil zavodunun tikintisinə 4,2 milyard dollar investisiya yatıracaq
Digər ölkələr
06:03
İran ABŞ gəmilərinin Fars körfəzinə girməsinə icazə verməyəcəyini bildirib
Region
05:38
Yaponiya sahillərində güclü zəlzələ olub
Digər ölkələr
05:09
ABŞ-nin müttəfiqləri "Starlink" peyk şəbəkəsindən asılılığı azaltmaq niyyətindədirlər
İKT
04:47
Türkiyədə onlarla qanunsuz miqrant saxlanılıb
Region
04:30
Alimlər insan bədənində ağciyər xərçənginə qarşı gizli mexanizm kəşf ediblər
Sağlamlıq
03:52
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
Region