“Mançester Siti” baş məşqçisi Qvardiola ilə yeni müqavilə imzalayıb
Futbol
- 21 noyabr, 2024
- 20:34
Xosep Qvardiola
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin “Mançester Siti” futbol klubu ispaniyalı baş məşqçi Xosep Qvardiola ilə yeni müqavilə imzalayıb.
“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İspan mütəxəssislə hazırkı müqavilənin müddəti 2025-ci il iyunun sonuna kimi nəzərdə tutulub. Yeni müqavilə daha iki mövsüm üçün bağlanıb.
Qvardiolanın 53 yaşı var və 2016/2017 mövsümünün əvvəlindən “Mançester Siti”yə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında 6 dəfə İngiltərə çempionu olub, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə Liqa Kubokunu, 3 dəfə İngiltərə Superkubokunu qazanıb.
“Mançester Siti” 2023-cü ildə Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası Dünya Çempionatının qalibi olub.
Son xəbərlər
08:15
Beynəlxalq axtarışda olan şəxs Almaniyadan Azərbaycana gətirilib
Hadisə
08:10
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
08:03
Demokratlar Kanada mallarına qoyulan rüsumları ləğv etmək istəyirlər
Digər ölkələr
08:00
Bu gün Azərbaycan Televiziyası və Radiosu Günüdür
Media
07:20
Yeni Zelandiya sahillərində onlarla qara delfin ölüb
Digər ölkələr
06:42
Tramp seçkilərdən sonra İranla bağlı ilk müşavirəni keçirib
Digər ölkələr
06:15
Sorğu: Makrona etimad səviyyəsi Ollandın antirekordundan da aşağı düşüb
Digər ölkələr
05:45
Egey dənizində zəlzələ olub
Region
05:26
"Reuters": Ukrayna və ABŞ-nin "Starshield"dən istifadə ilə bağlı müqaviləsinin müddəti 2027-ci ildə başa çatır
Digər ölkələr