"Liverpul" rekorda, Məhəmməd Salah antirekorda imza atıb
Futbol
- 23 fevral, 2026
- 09:02
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Liverpul" klubu İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.
"Report" "Opta Sport"a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi buna XXVII turda "Nottinqem Forest"i məğlub etdiyi matçda (1:0) nail olub.
Komandanın qələbə qoluna 90+7-ci dəqiqədə Aleksis Makallister imza atıb.
"Liverpul" cari mövsüm 90-cı və uzatma dəqiqələrində 7 dəfə qələbə topunu vurub. Bu, Premyer Liqa tarixində ilk belə göstəricidir.
Məhəmməd Salah isə hazırkı ölkə çempionunda antirekordla yadda qalıb. O, ardıcıl 9 oyundur ki, çempionatda fərqlənə bilmir. Bu, misirli forvardın Premyer Liqadakı ən uğursuz seriyasıdır.
Salah son olaraq noyabrın 1-də, "Aston Villa"ya qalib gəldikləri qarşılaşmada (2:0) qol vurub.
Son xəbərlər
12:58
Tahir Mirkişili: Azərbaycan regionlarının potensialına uyğun öz inkişaf modelini formalaşdırmaq lazımdır
Daxili siyasət
12:58
Foto
Azərbaycan MDB-nin tikinti sahəsində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının iclasında iştirak edib
İnfrastruktur
12:56
TRASEKA Orta Dəhlizlə daşımaların artması üçün əsas şərtləri açıqlayıb
İnfrastruktur
12:55
"AHK Azərbaycan": İnvestor cəlb etmək üçün konkret layihələrə ehtiyac var
Biznes
12:52
Foto
"Shirvan Open 2026" Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
Fərdi
12:51
Jasurbek Çoriyev: "TBNM logistika şirkətləri arasında populyarlıq qazanır"
İnfrastruktur
12:51
Almaniya şirkətlərinin Orta Dəhlizlə bağlı hədəfləri açıqlanıb
İnfrastruktur
12:51
EIB Naxçıvanda dəmir yoluna investisiya imkanını nəzərdən keçirir
İnfrastruktur
12:50
Yunanıstanın 50-dən çox şəhərində genişmiqyaslı mitinqlər keçiriləcək
Digər ölkələr