"Liverpul" Məhəmməd Salahın əvəzləyicisi kimi "Brayton"un hücumçusunu hədəfə alıb
Futbol
- 10 aprel, 2026
- 10:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Liverpul" klubu Məhəmməd Salahın əvəzləyicisini İngiltərə Premyer Liqasında tapıb.
"Report"un "The Mail" nəşrinə istinadən məlumatına görə, cari mövsümün sonunda klubdan ayrılacağını təsdiqləyən misirli futbolçunun yerinə namizədlərdən biri "Brayton"un hücumçusu Yankuba Mintedir.
33 yaşlı Salah klubda son mövsümünü keçirdiyini elan etdikdən sonra "Brayton"da uğurlu çıxışı ilə diqqət çəkən Minteh yay "transfer pəncərəsi" üçün əsas hədəflər siyahısına daxil edilib.
"Liverpul"un Qambiya millisinin üzvü olan 21 yaşlı futbolçu üçün təxminən 33 milyon funt-sterlinq xərcləyəcəyi gözlənilir.
Qeyd edək ki, Məhəmməd Salahın klubla müqaviləsinin müddəti növbəti mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.
Son xəbərlər
00:48
FT: Fransadakı iğtişaşlar hakimiyyətin vəziyyətə nəzarət edə bilmədiyini göstərib
Digər ölkələr
00:10
Fransada iğtişaşlar zamanı 2,5 mindən çox adam saxlanılıb
Digər ölkələr
00:00
Zəngilanın azad edilməsindən 6 il ötür
Daxili siyasət
23:58
Tramp Putin və Si Cinpinlə nüvə tərksilahını müzakirə etməyə hazırdır
Digər ölkələr
23:43
Pakistanlı general sabah Tehrana səfər edəcək
Region
23:34
Foto
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Xarici siyasət
23:20
Türkiyədə yol qəzası nəticəsində 15 nəfər xəsarət alıb
Region
23:10
Rubio: ABŞ Özbəkistanın tərəqqisindən və əməkdaşlıq imkanlarından təsirlənib
Digər ölkələr
23:00
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilə müxtəlif islahatlar planlaşdırılır - Rəy
Milli Məclis