Konfrans Liqası: "Qarabağ" ilk oyununu səfərdə keçirəcək
Futbol
- 12 dekabr, 2021
- 08:07
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatmasının detalları bəlli olub.
"Report"un Avropa futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, dekabrın 13-dəki mərasimdən öncə iştirakçılar 2 səbətə bölünüblər.
"Qarabağ" digər qrup ikinciləri kimi səpələnmişlər səbətində yer alıb. Bu komandalar ilk oyunlarını səfərdə keçirəcəklər.
Avropa Liqasında öz qrupunu 3-cü pillədə tamamlayaraq pley-offa düşən kollektivlər isə səpələnməmişlər səbətində olacaq. İlk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.
Qeyd edək ki, "Qarabağ" H qrupunu ikinci sırada bitirərək pley-offa vəsiqə qazanıb.
Son xəbərlər
05:13
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
Xarici siyasət
04:49
"Tasnim": İran Ordusu Qeşm adası üzərində Amerikanın PUA-sını vurub
Region
04:35
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
Digər ölkələr
04:11
Ağ Evin yaxınlığında Trampı öldürməklə hədələyən kişi saxlanılıb
Digər ölkələr
03:47
Pedro Alyana Paraqvayın Prezidenti olub
Digər ölkələr
03:25
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
Digər ölkələr
03:04
İranın Qeşm adası yaxınlığında partlayış səsləri eşidilib
Region
02:46
ABŞ-İran münaqişəsinin başlanğıcından bəri Hörmüz boğazında azı 25 dənizçi həlak olub
Digər ölkələr
02:14
Tramp ABŞ-İran danışıqlarının davam etdiyini bildirib
Digər ölkələr