KİV: “Beşiktaş”ın yeni transferi “Neftçi” ilə oyunun start heyətində yer almayacaq
Futbol
- 10 avqust, 2023
- 07:30
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyənin “Beşiktaş” klubunun yeni transferi Ante Rebiç UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə keçiriləcək ilk oyunun start heyətində yer almayacaq.
“Report” xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
Kluba istinadən dərc edilən məqalədə bir neçə gün əvvəl İtaliya “Milan”ından transfer olunan serbiyalı hücumçunun bugünkü qarşılaşmada ehtiyatda oturacağı vurğulanıb. Baş məşqçi Şenol Günəş 30 yaşlı forvarda ikinci hissədə debüt etmək şansı verməyi planlaşdırır.
Qeyd edək ki, “Neftçi Arena”da keçiriləcək görüş saat 21:00-da başlayacaq.
Son xəbərlər
12:38
AFFA 8 komandaya texniki məğlubiyyət verib
Futbol
12:37
Baş Prokurorluqda "Zəfər Günü" münasibətilə tədbir keçirilib
Hadisə
12:37
Deputat: "Aqrar islahatlar kiçik fermer təsərrüfatlarının inkişafını da əhatə etməlidir"
ASK
12:32
Ermənistan Rusiyanın məhdudiyyətlərinə görə ixracatçılara təxminən 40 milyon dollar ayırıb
Region
12:31
Anar Axundov: Azərbaycan iqtisadiyyatında şaxələndirmə siyasəti öz bəhrəsini verir - Əlavə olunub
Daxili siyasət
12:27
Nazir müavini: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
Biznes
12:26
Qazaxıstan benzin və neft məhsullarının ölkədən çıxarılmasına qadağanı uzadıb
Energetika
12:23
Sabah yağış yağacaq, şimşək çaxacaq
Ekologiya
12:23
Foto
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
İnfrastruktur